«Joint Leasing» nizamnamə kapitalını artırır

«Joint Leasing» nizamnamə kapitalını artırır
# 02 aprel 2013 11:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Joint Leasing» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 3 500 ədəd, emissiyanın ümumi həcmi isə 700 min manat təşkil edir. Emissiyanın qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcəyi gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra lizinq şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 1,4 mln. manata çatacaq.

Qeyd edək ki, «Joint Leasing» şirkəti 2007-ci il iyunun 14-dən etibarən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR