Samir Şərifov: “Neftin ucuzlaşması fonunda müxtəlif ssenarilər hazırlanıb”

Samir Şərifov: “Neftin ucuzlaşması fonunda müxtəlif ssenarilər hazırlanıb”
# 05 noyabr 2014 14:57 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 90 dollardan götürülüb və bu da tam olaraq reallığı əks etdirir: “Neftin qiymətinin azalması müşahidə edilir. Amma bu ilin 9 ayında orta qiymətlər təxminən 109 dollar olub. Növbəti il üçün büdcədə neftin qiyməti 90 dollardan götürülüb, 2014-cü ilin göstəricisindən 10 dollar aşağıdır. Amma hökumət neftin qiymətinin enməsi fonunda təşvişə düşməməyə və tələsik qərara verməməyi bəyan edir”.

Nazir deyib ki, büdcənin gəlirlərinin formalaşmasında neftin qiymətinin təsiri olduqca azdır. O, əlavə edib ki, dövlət büdcəsinin gəlirləri və xərcləri sığortalanıb.

S. Şərifov həmçinin qeyd edib ki, neftin qiymətinin aşağı olması fonunda belə bir neçə proqramlar işlənib hazırlanıb: “2015-ci il üçün dövlət büdcəsinin gəlirlərini təminatı və xərclərinin yerinə yetirilməsində böyük risk görünmür. Çünki neftin qiymətinin ucuzlaşması fonunda müxtəlif ssenariləri hazırlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR