Ciddədə özünü partladan terrorçunun kimliyi məlum olub

Ciddədə özünü partladan terrorçunun kimliyi məlum olub
# 05 iyul 2016 02:28 (UTC +04:00)

Bakı-APA. İyulun 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində özünü partladan terrorçu-kamikadzenin kimliyi məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-n məlumatında bildirilir.

Məlumata əsasən, ABŞ konsulluğu yaxınlığında partlayışı Pakistan vətəndaşı Abdulla Kalzar Xan törədib. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Qeyd olunur ki, ilk dəfə Səudiyyə Ərəbistanına 12 il bundan əvvəl gələn pakistanlı Ciddədə sürücü işləyib.

İyulun 4-də Səudiyyə Ərəbistanının Qətif şəhərində məscid yaxınlığında iki terrorçu özünü partladıb, Mədinə şəhərində isə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR