Əfqanıstanda təyyarə qəzasında 7 nəfər həlak olub

Əfqanıstanda təyyarə qəzasında 7 nəfər həlak olub
# 29 aprel 2013 20:48 (UTC +04:00)

Bakı-APA. Bazar ertəsi Əfqanıstandakı Bəhram hərbi bazasında qəzaya uğramış nəqliyyat təyyarəsində pilot da daxil olmaqla, 7 nəfər olub. Onların hamısı həlak olublar. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

Beynəlxalq koalisiyanın hərbi komandanlığının məlumatına əsasən, təyyarə paytaxt Kabildən 50 km məsafədə yerləşən Bəhram bazasında qəzaya uğrayıb. Başqa təfərrüatlar bildirilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR