Azərbaycan taekvondoçuları Lüksemburq çempionatına qatılacaqlar

Azərbaycan taekvondoçuları Lüksemburq çempionatına qatılacaqlar
# 08 iyul 2016 07:10 (UTC +04:00)

Bakı – APA. İyulun 9-10-da Lüksemburqda taekvondo üzrə açıq ölkə çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı yarışa Azərbaycan millisi də qatılacaq.

Kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost Rio Olimpiadası öncəsi Məcid Sofiyev (54 kq), Mikayıl Əliyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami və Ayxan Tağızadə (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq) və Radik İsayevi (87+ kq) sınaqdan çıxaracaq. Qadın taekvondoçuların yarışında isə ölkəmizi yalnız Fəridə Əziziova (67 kq) təmsil edəcək. Rio-2016-nın şəxsi məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb.

Millimiz iyulun 12-də vətənə dönəcək. Əzizova isə Serbiyadan gələn dəvətə əsasən, bu ölkənin Olimpiya lisenziyalı idmançısı Milika Mandiç ilə birgə 10 günlük təlim-məşq toplanışı üçün Lüksemburqdan birbaşa Belqrada yollanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR