İranda bir agentlik və qəzetin fəaliyyəti dayandırılıb

İranda bir agentlik və qəzetin fəaliyyəti dayandırılıb
# 09 oktyabr 2012 10:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda “Vəfa” xəbər agentliyinin fəaliyyəti dayandırılıb. APA-nın məlumatına görə, İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Heyəti agentliyi bir müharibə veteranının tənqid xarakterli məktubunu dərc etdiyinə görə işini məhkəməyə göndərib. Məhkəmə də bu dəlilə əsaslanaraq “Vəfa”nın fəaliyyətini dayandırıb.

Bundan əlavə, Tehranda nəşr olunan “Keyhan” qəzetinə bağlı eyni adlı karikatura qəzetinin nəşrinə qadağa qoyulub. Buna səbəb mətbu orqanda Yusif peyğəmbər haqqında karikaturanın verilməsi olub. Bu səbəbdən İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Heyəti qəzetin nəşrinə qadağa qoyaraq işi məhkəməyə göndərib.

“Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari isə karikaturaya görə əhalidən üzr istəyib və artıq mətbu orqanın nəşrini dayandırdığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR