AXCP Rəyasət Heyəti üzvünün apellyasiya şikayəti təmin olunmayıb
22 avqust 2012 08:34 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb. AXCP sədrinin müavini Gözəl Bayramlının APA-ya verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Şahin Həsənli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi aksiyadan əvvəl Şəmkir rayonunda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir Rayon Məhkəməsi Şahin Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Gəncə Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Sonradan Ş. Həsənli vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad olunmaqla bağlı ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Həmin qərardan isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib.

Hadisə
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
03:29
2 may 2024
Babəkdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
02:20
2 may 2024
Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, xəsarət alanlar var - FOTO
00:53
2 may 2024
Naxçıvan Dövlət Universitetinin fəlsəfə doktoru vəfat edib
23:35
1 may 2024