Azərbaycanda Aqrar Bankı yaradıla bilər

Azərbaycanda Aqrar Bankı yaradıla bilər
# 20 oktyabr 2012 08:51 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu “Aqrarkredit” bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev bəyan edib.

Onun sözlərinə görə, Aqrar Bankın məhz “Aqrarkredit”in bazasında yaradılması nəzərdə tutulur. M. Musayev hazırda müvafiq təkliflərin hökumətdə baxıldığını deyib.

Qeyd edək ki, “Aqrarkredit” bank olmayan kredit təşkilatı 2001-ci ildə bank sektorunda aparılan islahatlar çərçivəsində “Aqrar Sənaye Bank”ın bazasında yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR