Ötən ay Azərbaycanda sanitar-gigiyenik normaları pozan 21 obyekt bağlanıb

Ötən ay Azərbaycanda sanitar-gigiyenik normaları pozan 21 obyekt bağlanıb
# 29 avqust 2012 13:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu ilin iyul ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 103 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 48 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1018, mikrobioloji göstəricilərinə görə 929, toksikoloji göstəricilərinə görə 199, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 3-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub.

Şadlıq evlərindən 3029 yaxma nümunəsi götürülüb, 51 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

İyul ayı ərzində əhali arasında 228 qida zəhərlənməsi hadisəsi baş verib, 268 nəfər zərərçəkən olub. O cümlədən 3 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR