ABŞ Fars körfəzinə yeni aviadaşıyan gəmi göndərir

ABŞ Fars körfəzinə yeni aviadaşıyan gəmi göndərir
# 28 avqust 2012 04:50 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın «Con Stennis» atom aviadaşıyanı Fars körfəzinə doğru istiqamət götürüb.

Pentaqonun məlumatına görə, v «Con Stennis» avidaşıyan gəmisinin zərbə qrupunun tərkibinə raket kreyseri, 4 eskadra mina gəmisi və atom sualtı qayığı daxildir. Aviadaşıyan gəmidə dörd F/A-18 «Super Hornet» qırıcı-bombardmançı eskadrilyası (48 təyyarə), iki helikopter eskadrilyası, həmçinin radioelektron mübarizə və uzaqməsafəli radiolokasiya aşkaretmə təyyarələri eskadrilyası yerləşir. Qrupa daxil olan gəmilərdə həmçinin 100-dən artıq 1,6 min km məsafəyə uça bilən «Tomaqavk» raketləri var.

«Con Stennis» təyin olunmuş yerə 8 aya çatmalıdır. O körfəzdə «Enterprayz» aviadaşıyan gəmisini əvəz etməlidir. Bundan əlavə Fars körfəzində ABŞ-ın «Eyzenhauer» aviadaşıyan gəmisi var.

ABŞ müdafiə naziri Leon Panetta «Con Stennis»i Fars körfəzinə nəzərdə tutulmuş vaxtdan 4 ay tez göndərir. Səbəb «Eyzenhauer»in körfəzdə tək qalmasına yol verməməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR