Bank Of Baku

Barak Obama müvəqqəti orqan yaradıb

Barak Obama müvəqqəti orqan yaradıb
# 06 noyabr 2008 07:43 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama gələn il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər yeni administrasiyanın formalaşdırılmasına hazırlıqla məşğul olacaq xüsusi orqan yaradıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “Obama-Biden Transition Project” (Obama və Baydenin keçid dövrü layihəsi) adlanan orqana Con Podest, Valeri Carret və Pit Rouz rəhbərlik edəcəklər. Bu komanda nazir vəzifələrinə namizədləri müəyyənləşdirəcək və B. Obamanın seçkiqabağı proqramının necə həyata keçiriləcəyini planlaşdıracaq. Keçmiş namizədin seçki qərargahını əvəz edəcək yeni orqanın adları çəkilən 3 rəhbərinə kömək məqsədilə 12 nəfərdən ibarət Müşahidə Şurası da yaradılacaq.

Qeyd edək ki, C. Podest Bill Klintonun hakimiyyəti dövründə prezident administrasiyasının rəhbəri olub. P. Rouz B. Obamanın Senatdakı aparatına rəhbərlik edib. V. Carret isə uzun müddət B. Obamanın müşaviri olub. Demokrat Partiyasındakı mənbələr bildiriblər ki, yeni prezident senator Ram Emmanuelə prezident administrasiyasının rəhbəri vəzifəsini təklif edib. Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Maykl Heyden isə B. Obamanı dövlət idarəçiliyinə hazırlamaq məqsədilə bu gündən başlayaraq ona məxfi informasiyalar təqdim etməyə başlayacaqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR