Bank Of Baku

Çilidə 70 gün əvvəl mədən uçqunu nəticəsində yer altında qalan şaxtaçılardan biri xilas edilib

Çilidə 70 gün əvvəl mədən uçqunu nəticəsində yer altında qalan şaxtaçılardan biri xilas edilib
# 13 oktyabr 2010 07:42 (UTC +04:00)
Bakı-APA. Çilidə avqustun 5-də mədən çökməsi nəticəsində yerin altında qalmış 33 şaxtaçıdan biri xilas edilib. APA-nın məlumatına görə, 70 gün yer altında qaldıqdan sonra xilasedicilər tərəfindən çıxarılan Florensio Avalosun səhhətində heç bir problem aşkarlanmayıb. 31 yaşlı Avalos səhhətindən şikayətlənməsə də, həkimlər onun müayinədən keçiriləcəyini bildiriblər. Xilasedicilər yer altında qalan şaxtaçıların hamısının çıxarılması əməliyyatının 36 saat davam edəcəyini bildirirlər. Xüsusi cihaz vasitəsilə hər bir şaxtaçının yer üzünə çıxarılması təqribən bir saat çəkir. Sonuncu olaraq şaxtaçıların növbə rəisi Luis Ursuanın xilas edilməsi nəzərdə tutulur. Xatırladaq ki, Kopyapo şəhərindən 50 kilometr uzaqda mədəndə baş verən uçqun nəticəsində 33 şaxtaçı 700 metr yerin altında qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR