Bank Of Baku

ABŞ-da maliyyə fırıldaqları ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşmanın 73 üzvü həbs olunub

ABŞ-da maliyyə fırıldaqları ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşmanın 73 üzvü həbs olunub
# 14 oktyabr 2010 07:31 (UTC +04:00)
Bakı-APA. ABŞ-da erməni “qanuni oğru” Armen Kazaryanın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib. APA-nın məlumatına görə, sabiq sovet respublikalarından gəlmiş mühacirlərdən ibarət qruplaşmanın üzvləri tibbi sığortalarla bağlı dələduzluqla məşğul olurmuş. Dəstənin rəhbəri, Kaliforniyada yaşayan 46 yaşlı Armen Kazaryan həbs olunub, məhkəmə onu pul girovu müqabilində azadlığa buraxmaqdan imtina edib.

Cinayətkar qruplaşmanın üzvləri “Medicare” tibbi sığorta fondundan qanunsuz yolla 163 milyon dollar vəsait mənimsəməkdə şübhəli bilinirlər. Sığorta ödənişləri əldə etmək üçün dələduzlar guya xəstələrin müalicə olunduğu, lakin əslində mövcud olmayan tibbi klinikalar şəbəkəsi təsis ediblər. Məhkəmə cinayətkar qruplaşmanın 73 üzvünə ittiham irəli sürüb. Dəstə üzvləri Nyu-York, Los-Anceles şəhərlərində, Ohayo, Corciya və Nyu-Meksiko ştatlarında həyata keçirilib. Cinayətkar qruplaşmanın rəhbərlərindən 34 yaşlı David Mirzoyan və 35 yaşlı Robert Tercanyan da həbs olunub.

İttiham aktında ermənilərdən ibarət qruplaşmanın siqaret qaçaqmalçılığı, saxta “Viaqra” ticarəti və oğurlanmış kredit kartlarından istifadə kimi cinayətlərdə də iştirakı olduğu bildirilir.

Kazaryanın qruplaşması ilə bağlı iş tibbi sığorta sahəsində ən irimiqyaslı cinayət hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR