Bank Of Baku

Meksika “heroin kralını” ABŞ-a təhvil verib

Meksika “heroin kralını” ABŞ-a təhvil verib
# 15 oktyabr 2010 02:34 (UTC +04:00)
Bakı-APA. Meksika hökuməti meksikalı "heroin kralını” ABŞ hüquq-mühafizə orqanlarına təhvil verib. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Jose Antonio Medine Meksikanın ən nüfuzlu narkotik qaçaqmalçısı sayılır.

Meksika Baş Prokurorluğunun bildirdiyinə görə, Antonio Medine Miçoakan şəhərində həbs edilib. Otuz altı yaşlı Jose Antonio Medine Meksikanın Tijuana şəhərindən ABŞ-ın San Diego sərhəd şəhərinə qaçaqmalçılıq yolu ilə heroin daşımalarının təşkili ilə məşğul olub. O ABŞ-a ayda 200 kiloqrama qədər heroin nəql edib və ildə $12 milyon qazanıb.

"Heroin kralını” Kaliforniyanın Ali Məhkəməsi mühakimə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR