Bank Of Baku

ABŞ Səudiyyə Ərəbistanına 60 milyard dollarlıq silah satacaq

ABŞ Səudiyyə Ərəbistanına 60 milyard dollarlıq silah satacaq
# 21 oktyabr 2010 03:54 (UTC +04:00)
Bakı-APA. ABŞ Səudiyyə Ərəbistanına 60 milyard dollarlıq silah və hərbi texnika satmaq fikrindədir. ABŞ dövlət departamentinin bəyanatında belə deyilir.

Departamentin məlumatına görə, bu addım İranın nüvə proqramını inkişaf etdirməsi ilə əlaqədar olaraq bölgədəki hərbi balansı qorumağa yönəldilib.

ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Endryu Şapiro bildirib ki, hər zaman ərəb ölkələri ilə hərbi əməkdaşlığa qıcıqla yanaşan İsrail ABŞ-ın Səudiyyə Ərəbistanına silah satmaq planına etiraz etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR