Bank Of Baku

ABŞ dövlət katibinin müavini Avropa turnesinə çıxır

ABŞ dövlət katibinin müavini Avropa turnesinə çıxır
# 23 oktyabr 2010 02:55 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibinin müavini Filip Qordon Rusiya, Almaniya və Polşaya səfərə gəlir. Bu barədə ABŞ Dövlət departamentindən məlumat verilib.

«Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Qordon oktyabrın 25-29-da Rusiya, Almaniya və Polşaya səfər edəcək. Rusiyada o ölkə rəhbərliyinin, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələri ilə görüşəcək», deyə məlumatda bildirilir.

Rusiyadan sonra oktyabrın 26-28-də Berlində Qordon Almaniya hökuməti və parlamentinin nümayəndələri ilə görüşəcək.

Qordonun Avropa turnesi oktyabrın 28-29-da Varşavada başa çatacaq. Orada Qordon ABŞ-Polşa strateji dialoqu çərçivəsində keçirilən konfransda iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR