Bank Of Baku

ABŞ Konqresi Barak Obamadan Liviyadakı hərbi əməliyyatın məqsədi barədə izahat tələb edib

ABŞ Konqresi Barak Obamadan Liviyadakı hərbi əməliyyatın məqsədi barədə izahat tələb edib
# 04 iyun 2011 02:54 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Nümayəndələr palatası prezident Barak Obamadan Liviyadakı hərbi əməliyyatda ölkənin məqsədi və rolunu izah etməyi tələb eləyən qətnamə qəbul edib.

Qətnamənin lehinə 268, əleyhinə 145 konqresmen səs verib. Qətnamənin təşəbbüskarı Nümayəndələr palatasının spikeri Con Boynerdir.

Sənəd dövlət başçısından iki həftə ərzində Liviyadakı hərbi əməliyyatın miqyası və onunla bağlı maliyyə xərcləri barədə ətraflı hesabat verməyi tələb edir. Lakin sənəddə Liviyadakı əməliyyatda ABŞ-ın iştirakına son qoyulması barədə heç nə deyilmir.

Ağ Ev qətnamənin qəbulunu «lazımsız və qeyri-konstruktiv addım» adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR