Bank Of Baku

ABŞ: Yəməndəki münaqişə yalnız dinc yolla həll oluna bilər

ABŞ: Yəməndəki münaqişə yalnız dinc yolla həll oluna bilər
# 04 iyun 2011 04:55 (UTC +04:00)
Bakı-APA. ABŞ administrasiyasının fikrincə, Yəməndəki münaqişə yalnız hakimiyyətin dinc və nizamlı yolla təhvil verilməsi ilə həll oluna bilər.

Dövlət departamentinin mətbuat katibi vəzifəsini icra edən Mark Toner belə bir bəyanatla çıxış edib.

Toner son günlər Yəməndə artan zorakılığı qətiyyətlə pisləyib və bu ölkədə silahlı qarşıdurmaya dərhal son qoymağa çağırıb.

Xatırladaq ki, dünən silahlı şəxslər Yəmən prezident sarayını və yaxınlıqdakı məscidi atəşə tutublar. Atışmadan sonra yaralanmış Yəmən lideri Əli Abdulla Salehin ölməsi barədə xəbərlər yayılıb. Lakin bir müddət sonra bu xəbərlər təkzib edilib. Yəmən media orqanları Salehin yaralandığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR