Bank Of Baku

Barak Obama və Angela Merkel Ağ Evdə Liviya məsələsini müzakirə ediblər.

Barak Obama və Angela Merkel Ağ Evdə Liviya  məsələsini müzakirə ediblər.
# 08 iyun 2011 02:35 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama bəyan edib ki, Liviya lideri Müəmmar Qəzzafinin hakimiyyətdən getməsi vaxt məsələsidir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Obama Almaniya kansleri Angela Merkellə birgə Ağ Evdə açıqlama verib. O bildirib ki, hər iki liderin fikrincə Qəzzafinin istefa verməlidir və Liviya xalqa hakimiyyətə yiyələnməlidir.

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Barak Obama ilə görüşmək üçün Vaşinqtondadır. Təntənəli mərasimlərdən kənarda iki ölkə liderinin iqtisadi məsələlər və Liviya məsələsini müzakirə ediblər.

İki lider keçirilən görüşdə Almaniyanın dəstəkləmədiyi layihə olan Liviyada NATO əməliyyatlarını müzakirə edib. Rəsmilər deyir ki, iki lider habelə Əfqanıstan, Tunis, Yaxın Şərq sülh prosesi və qlobal iqtisadiyyat mövzularına toxunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR