Bank Of Baku

Ağ Ev: Barak Obama strateji neft ehtiyatından istifadə etmək imkanını nəzərdən keçirir

Ağ Ev: Barak Obama strateji neft ehtiyatından istifadə etmək imkanını nəzərdən keçirir
# 09 iyun 2011 02:56 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama strateji neft ehtiyatından istifadə etmək imkanını nəzərdən keçirir.

Bu barədə Ağ Evin mətbuat katibi Cey Karni məlumat verib.

«Prezident strateji neft ehtiyatının istifadə etmək imkanını nəzərdən keçirir, lakin bu barədə hələlik qərar qəbul edilməyib. Biz hesab edirik ki, hazırda neft təklifləri tələbə uyğun deyil. Bunun bir neçə səbəbi var. Liviyadakı müharibə də buna səbəb olub», deyə Karni bildirib.

Strateji neft ehtiyatı 1975-ci ildə enerji böhranı zamanı yaradılıb. Hazırda Texas və Luiziana ştatlarında 726 mln. barel neft ehtiyatı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR