Bank Of Baku

ABŞ-ın büdcə kəsiri kəskin azalıb

ABŞ-ın büdcə kəsiri kəskin azalıb
# 11 iyun 2011 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. ABŞ-ın federal büdcəsinin kəsiri 2011-ci ilin may ayında 57,64 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin mayına nisbətən 2,4 dəfə azdır. “APA-Economics”in məlumatına görə, analitiklər büdcə kəsirini 140 mlrd. dollar səviyyəsində proqnozlaşdırırdı.
Qeyd edək ki, 2010-2011-ci maliyyə ilin 8 ayı ərzində ABŞ-ın büdcə kəsiri 927,44 mlrd. dollar təşkil edib. Büdcə kəsiri üçün illik proqnoz 1,4 trln. dollar həcmində nəzərdə tutulub.
Xatırladaq ki, ABŞ-da maliyyə ilin oktyabrın 1-dən sentyabrın 30-na qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR