Bank Of Baku

ABŞ-da meşə yanğınları davam edir

ABŞ-da meşə yanğınları davam edir
# 11 iyun 2011 15:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ-ın qərbindəki Arizona ştatında 130 min hektar ərazini əhatə edən meşə yanğınlarının miqyası azalıb. APA-nın ABŞ mediasına istinadən verdiyi məlumata görə, küləyin surətinin və havanın hərarətinin azalması yanğının söndürülməsinə kömək edir. Artıq 3 min nəfər yanğının söndürülməsi və yarana biləcək fövqəladə halın qarşısının alınması üçün səfərbər olunub. Buna baxmayaraq, hələ də meşə zolağında yanğının artması ehtimalı qalmaqdadır. ABŞ Meşə Xidmətinin nümayəndəsi Suzanna Flori deyib ki, hələlik yanğınla mübarizəni uğurlu hesab etmək olmaz.

ABŞ Yanğından Mühafizə Mərkəzindən isə bildirilib ki, hazırda bu ölkənin meşə ərazilərində 30 geniş miqyaslı yanğın ocağı var. Yanğınlar ümumilikdə 4 min kvadrat km ərazini əhatə edir. Hazırda ən irimiqyaslı meşə yanğınları Florida, Nyu-Meksiko, Alyaska və Texas ştatlarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR