Bank Of Baku

ABŞ: «Türkiyədəki parlament seçkiləri azad və ədalətli keçirilib»

ABŞ: «Türkiyədəki parlament seçkiləri azad və ədalətli keçirilib»
# 14 iyun 2011 04:58 (UTC +04:00)
Bakı-APA. ABŞ hesab edir ki, Türkiyədəki parlament seçkiləri azad və ədalətli keçirilib. ABŞ dövlət departamenti mətbuat katibinin müavini Mark Toner belə bir bəyanatla çıxış edib.

«Biz hesab edirik ki, bizim dostumuz, tərəfdaşımız və müttəfiqimiz olan Türkiyə azad və ədalətli seçkilər keçirib. Seçkilər şəffaf şəkildə keçirilib», deyə Toner bildirib.

«Biz Türkiyənin yeni hökuməti ilə bir çox ikitərəfli və çoxtərəfli məsələlər üzrə işləməyə hazırıq», deyə amerikalı diplomat əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR