Bank Of Baku

Barak Obama Puerto-Rikoda keçiriləcək referendumu dəstəkləyib

Barak Obama  Puerto-Rikoda keçiriləcək referendumu dəstəkləyib
# 15 iyun 2011 03:31 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Puerto-Rikoya səfər edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Barak Obama qubernator Luiz Fortuno ilə görüşdə ABŞ-ın Puerto-Rikoya ayrılan 7 milyard dollarlıq stimullaşdırma yardımından danışıb. O, həm də Puerto-Rikonun siyasi statusunu müzakirə edib. Prezident ilin sonunda keçiriləcək referendum fikrini dəstəklədiyini bildirib. Referendum Puerto-Rikonun yarı-muxtar statusunu müstəqil ştat statusu ilə əvəz edə bilər. ABŞ dövlət başçısı bu ərazinin sakinlərinin qərarının administrasiyası tərəfindən dəstəklənəcəyini deyib. Səfərin cəmi 5 saat sürməsinə baxmayaraq, Barak Obama 2008-ci ildə seçkiqabağı kampaniyası zamanı verdiyi vədə əməl etmiş oldu. O, adaya prezident kimi qayıdacağına söz vermişdi. Bu, son 50 ildə Amerikanın dövlət başçısının Puerto-Rikoya ilk səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR