Bank Of Baku

Amerikanın Liviya missiyası mübahisələrə yol açıb

Amerikanın Liviya missiyası mübahisələrə yol açıb
# 17 iyun 2011 02:25 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Nümayəndələr Palatasının spikeri Con Beyner Ağ Evin Amerika qüvvələrinin Liviyada müharibədə iştirak etmədiyinə dair bəyanatını sual altına alıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Ağ Evin Konqresə təqdim etdiyi hesabatında deyilir ki, Amerikanın Liviyadakı hərbi qüvvələrinin rolu məhdud olduğuna görə Konqresin səlahiyyətini almasına ehtiyacı yoxdur. Lakin spiker deyib ki, Liviya hücumlarının gündəlik məsrəflərinin 10 milyon dollar olan Amerikanın müharibənin ortasında olmadığını demək olmaz. Con Beyner bəzi demokratlar və respublikaçılarla bərabər prezident Obamanın Liviya əməliyyatları üçün Konqresin təsdiqini almamağını tənqid edib. ABŞ-ın Nümayəndələr Palatasının spikeri palatanın NATO-nun rəhbərliyi ilə aparılan əməliyyatlarda ABŞ-ın xərcləri daxil edilməklə, bir sıra məsələləri səsə qoyacağını deyib. Obama administrasiyası prezidentin hakimiyyətindən istifadə etmədiyini deyib. Belə ki, 1973-cü il müharibə aktına görə 90 günlük missiyada iştirak edən qüvvələr Konqresin təsdiqini almaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR