Bank Of Baku

ABŞ senatorları Amerikanın Liviya əməliyyatlarındakı rolunun məhdudlaşdırılmasına dair qətnamə hazırlayıb

ABŞ senatorları Amerikanın Liviya əməliyyatlarındakı rolunun məhdudlaşdırılmasına dair qətnamə hazırlayıb
# 22 iyun 2011 02:29 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın iki aparıcı senatoru ABŞ-ın Liviya əməliyyatlarındakı rolunun məhdudlaşdırılmasına dair qətnamə hazırlayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Xarici Əlaqələr Komitəsinin rəhbəri, demokrat Con Kerri və Silahlı Qüvvələr komitəsindən respublikaçı senator Con Makkeyn Senata sənədi təqdim edib. Makkeyn deyib ki, qətnamə ABŞ prezidenti Barak Obamaya qüvvələrin Müəmmər Qəzzafiyə qarşı əməliyyatlarda koalisiya qüvvələri tərkibində iştirakına icazə səlahiyyəti verir. Lakin səlahiyyət müddəti bir ildən artıq olmamalıdır. Senator Liviya missiyasında Amerikanın iştirakını müdafiə etsə də, Obamanın üç ay əvvəl Konqresin təsdiqi olmadan koalisiya qüvvələrinə qoşulmasının doğru addım olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR