Bank Of Baku

Barak Obama: ABŞ-ın hərbi kontingenti Əfqanıstanda qalmaqda davam edəcək

Barak Obama: ABŞ-ın hərbi kontingenti Əfqanıstanda qalmaqda davam edəcək
# 24 iyun 2011 01:11 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama deyib ki, Amerika əsgərlərinin Əfqanıstandan çıxarılması Birləşmiş Ştatların Əfqanıstanı atıb getməsi demək deyil.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Obama bildirib ki, gələn 14 ay ərzində 33 min nəfərdən ibarət əsgəri qüvvə ölkədən çıxarılsa da, ABŞ-ın hərbi kontingenti ölkədə qalmaqda davam edəcək. Onun sözlərinə görə, ABŞ silahlı qüvvələrinin sayının azalması o deməkdir ki, əfqanlar ölkənin təhlükəsizliyinə görə daha çox məsuliyyət daşıyacaqlar.
“Bu, bir il yarım bundan əvvəl əsgərlərin sayının artırılmasının müvəffəqiyyətli olduğuna və eyni zamanda bizim keçid məsələsinə ciddi yanaşdığımıza işarə edir. 2009-cu ildə mən 30 min əlavə əsgər göndəriləcəyini elan etdim. Bizim konkret məqsədimiz var idi. Biz ölkədə tədricən nəzarəti daha çox ələ almağa başlayan Talibanı zəiflətmək və bu vaxt ərzində öz ölkələrinin təhlükəsizliyini təmin etməyə qadir olan Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim vermək üçün istifadə etmək istəyirdik”, Obama deyib . O bildirib ki, bu vaxt ərzində biz çox böyük nailiyyətlər əldə edilib. Əlavə 100 min əfqan əsgərinə təlim keçib, Qəndəhar və Helmənd vilayətləri Taliban dəstələrindən təmizlənib və beləliklə də sakinlər özlərini daha təhlükəsiz hiss etməyə başlayıblar. Bu ilin sonunadək 10 min, gələn il yayında isə daha 23 min əsgəri ölkədən çıxararaq, əsgərlərin sayı artırılmamışdan əvvəlki səviyyəyə çatdırılır. “Bundan sonra isə əfqan qüvvələri işi özləri görə bilənə qədər keçidi davam etdirəcəyik və məqsəd 2014-cü ilə qədər bu keçidi bitirməkdən ibarətdir. 2014-cü ildən sonra biz əfqan xalqı və Əfqanıstan hökuməti ilə güclü münasibətlərə malik olmalıyıq, bizim eyni şəkildə orada hərbi mövcudluğumuz olmayacaq, lakin biz əfqanlarla üzərində işlədiyimiz iqtisadi və inkişaf proqramlarına ümid bəsləyirik”, ABŞ prezidenti deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR