Bank Of Baku

ABŞ KXDR-la əməkdaşlığın şərtlərini açıqlayıb

ABŞ KXDR-la əməkdaşlığın şərtlərini açıqlayıb
# 25 iyun 2011 04:54 (UTC +04:00)
Bakı-APA. Ağ Ev yalnız Pxenyanın Seulla münasibətləri yaxşılaşdırması halında Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlığa hazırdır. ABŞ dövlət katibi Hillari Klinton Cənubi Koreyanın xarici işlər və ticarət naziri Kim Son Xvanla görüşündən sonra belə bir bəyanatla çıxış edib.

Klinton həmçinin Vaşinqtonun Pxenyana ərzaq yardımı göstərməsi məsələsinə də toxunub. «Biz ərzaq yardımına həqiqətən ehtiyac olub-olmadığını qiymətləndiririk, çünki indi bir çox bölgələrdə ərzaq bazarının qeyri-müəyyənliyi artır», deyə dövlət katibi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR