Bank Of Baku

Obama: «Qəddafi hakimiyyətdə olduğu müddətdə liviyalıların təhlükəsizliyinə zəmanət vermək olmaz»

Obama: «Qəddafi hakimiyyətdə olduğu müddətdə liviyalıların təhlükəsizliyinə zəmanət vermək olmaz»
# 30 iyun 2011 04:49 (UTC +04:00)
Bakı-APA. Yalnız polkovnik Müəmmər Qəddafi hakimiyyətdən getdikdən sonra Liviya xalqının təhlükəsizliyinə təminat vermək olar. ABŞ prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib.

«Nə qədər ki, Qəddafi özünü Liviya rəhbəri kimi təsəvvür edir və qoşunların çoxuna nəzarət edir, Liviya xalqı təhlükədədir», deyə ABŞ prezidenti vurğulayıb.

O bir daha Qəddafidən istefaya getməyi tələb edib. «O getməli və bir daha qoşunlarını öz xalqına qarşı yönəltməməlidir», deyə prezident bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR