Bank Of Baku

Pentaqon rəhbəri Robert Qeyts bu gün tutduğu postdan istefa verəcək

Pentaqon rəhbəri Robert Qeyts bu gün tutduğu postdan istefa verəcək
# 30 iyun 2011 07:42 (UTC +04:00)
Bu postda Donald Ramsfeldi əvəzləyən Qeyts Barak Obamanın dövründə də işini davam etdirib. O, ailə vəziyyəti ilə əlaqədar postundan istefa vermək niyyətini gizlətməsə də, Barak Obama Robert Qeytsin respublikaçı olmasına rəğmən Pentaqon rəhbəri postunda qalmasında israr edib. Müdafiə naziri bildirib ki, istənilən halda prezident seçkilərinə bir il qalmış bu postdan istefa verəcək. 67 yaşlı Qeytsin istefa verməsinə səbəb ABŞ-da yeni seçki dövrünün başlamasıdır.

“Mən prezident seçiləndə Bob Qeyts artıq yeddi prezident dövründə işləmişdi və saatı əlinə götürərək arvadı Bekki ilə Vaşinqton ştatına qayıdacağı günləri saatları sayırdı. Mən onu bu postda daha bir il qalmaq üçün dilə tutdum, onu arvadı ilə bir daha bu məsələni müzakirə etməyin mümkünlüyünə inandıra bildim. Hazırda Bob Amerika tarixində öz postunda daha çox qalmış müdafiə nazirlərindən biridir”. Bu fikirləri ABŞ prezidenti Barak Obama apreldə Pentaqon rəhbərinin istefası xəbərini dəyərləndirərkən deyib.

Qeyd edək ki, sabahdan Pentaqon rəhbəri postuna Leon Panetta rəhbərlik edəcək. O da Robert Qeyts kimi müdafiə naziri təyin olunmazdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR