Bank Of Baku

Barak Obama Twitter-də müzakirələr keçirəcək

Barak Obama Twitter-də müzakirələr keçirəcək
# 01 iyul 2011 01:46 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama gələn həftə Twitter-də müzakirələr keçirməklə, yeni texnologiyaya olan marağını bir daha nümayiş etdirəcək.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə gör, Ağ Ev bu sosial şəbəkədən istifadə edərək, tədbiri elan edib. Gələn çərşənbə günü keçiriləcək müzakirələrin diqqət mərkəzində iqtisadiyyat və iş yerləri olacaq. Prezident Obama iqtisadi siyasətinə görə ciddi tənqidlər altındadır. Ağ Evin Twitter-də olan ünvanına suallar göndəriləcək. Barak Obama suallara canlı cavab verəcək. ABŞ dövlət başçısının 8.9 milyon izləyicisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR