Bank Of Baku

ABŞ-ın 2001-ci ildən törətdiyi müharibələrdə 225 min nəfər həlak olub, 365 min nəfər yaralanıb, 7,8 milyon nəfər qaçqın vəziyyətinə düşüb

ABŞ-ın 2001-ci ildən törətdiyi müharibələrdə 225 min nəfər həlak olub, 365 min nəfər yaralanıb, 7,8 milyon nəfər qaçqın vəziyyətinə düşüb
# 02 iyul 2011 07:07 (UTC +04:00)
APA-nın xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu barədə Braun Universitetinin araşdırmasında bildirilir.

Neta Krouford (Neta Crawford) və Ketrin Lutsun (Catherine Lutz) rəhbərliyi altında tədqiqatçılar İraq, Əfqanıstan və Pakistanda antiterror əməliyyatlarını öyrəniblər.

Araşdırmada göstərilir ki, ən ehtiyatlı hesablamalara görə, 225 min insan bu müharibələrin qurbanı olub, 365 min nəfər yaralanıb. Münaqişələrdən daha çox mülki vətəndaşlar ziyan çəkib. Müharibələrdə ölən mülki vətəndaşların sayı 172 min nəfərdir. Bunun 125 min nəfəri iraqlılar, 56 min nəfəri pakistanlılar, 12 min nəfəri isə əfqanıstanlılardır.

Məhv edilmiş yaraqlıların sayı 20 mindən 51 min nəfərədək götürülür.

ABŞ bu müharibələrdə 6 min hərbçisi həlak olub. Onun müttəfiqləri 1,2 min, İraq 9,9 min, Pakistan 3,5 min, Əfqanıstan isə 8,8 min hərbçisini itirib. Özəl mühafizə şirkətlərinin isə 2,3 min əməkdaşı bu münaqişələrdə həlak olub.

2001-ci ildən ABŞ-ın iştirakı ilə baş verən müharibələrdə 168 jurnalist və humanitar təşkilatların 266 əməkdaşı ölüb.

Terrorla mübarizə əməliyyatları nəticəsində 7,8 milyon nəfər qaçqın vəziyyətinə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR