Bank Of Baku

Facebookda qrup video söhbət xidməti aktivləşib

Facebookda qrup video söhbət xidməti aktivləşib
# 07 iyul 2011 03:49 (UTC +04:00)
Bakı-APA. Facebook sosial şəbəkənin istifadəçiləri görüntülü söhbət-video çatdan istifadə edə biləcəklər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə
Facebookun təsisçisi və icraçı direktoru Mark Zukerberq məlumat yayıb.

Bununçün istifadəçilərə sadəcə web kamera lazım olacaq. Facebook özünün indiyə qədər olan çat xidmətinin dizaynını da dəyişəcək. Çatda kiçik mavi düyməni basmaq videoçatı aktivləşdirmək üçün kifayət edəcək. Videoçatda bir neçə nəfərlə eyni vaxtda danışmaq, qrup zənglər etmək mümkün olacaq. Bu xidmət Skype internet telefon xidmətinin əməkdaşlığı ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR