Bank Of Baku

BMT baş katibinin nümayəndəsi Liviya rəhbərliyi ilə görüşəcək

BMT baş katibinin nümayəndəsi Liviya rəhbərliyi ilə görüşəcək
# 08 iyul 2011 02:51 (UTC +04:00)
Bakı-APA. BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Əbdül İlah Məhəmməd əl-Xətib Liviya rəsmilərilə təcili danışıqlar keçirmək üçün Tripoliyə gedəcək.

Müvafiq razılaşma baş katib Pan Gi Munla Liviya baş naziri əl-Bağdadi Əli əl-Mahmudinin telefon danışığı zamanı əldə olunub. Bu barədə BMT mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, baş katib və baş nazir hərbi əməliyyatların dayandırılmasının vacibliyini, acınacaqlı humanitar vəziyyətin yüngülləşdirilməsini, həmçinin bütün liviyalılara sülh gətirəcək hakimiyyətin ötürülmə mexanizmini müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR