Bank Of Baku

Somaliyə yardım məqsədilə BMT hava körpüsü yaradır

Somaliyə yardım məqsədilə BMT hava körpüsü yaradır
# 26 iyul 2011 01:47 (UTC +04:00)
Bakı-APA. BMT bu gün Somalinin aclıq çəkən əhalisinə humanitar yardım çatdırmaq məqsədilə hava körpüsünü açacaq.

Ərzaqla dolu təyyarələr Somalinin paytaxtı Moqadişo, Efiopiyanın Dolo və Keniyanın Vacir şəhərlərindən enəcəklər. «Somalililər çox ağır vəziyyətdədirlər. Mən dünyanı onlara kömək etməyə çağırıram», deyə Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Cozet Şiran bəyan edib.

İlk növbədə uşaqlara yardım göstəriləcək.

BMT-nin məlumatına görə, ümumilikdə Somali, Keniya, Cibuti və Efiopiyada 12 milyona yaxın insan acından ölmək təhlükəsi ilə qarşı-qarşıyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR