Bank Of Baku

BMT-nin Təhlükəsizlik Şurası Kosovo ilə bağlı məsləhətləşmələr keçirib

BMT-nin Təhlükəsizlik Şurası Kosovo ilə bağlı məsləhətləşmələr keçirib
# 29 iyul 2011 04:56 (UTC +04:00)
Bakı-APA. BMT-nin Təhlükəsizlik Şurası Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə bağlı Nyu-Yorkda qapalı məsləhətləşmələr keçirib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Serbiya Kosovo hakimiyyətinin birtərəfli qaydada Serbiya ilə inzibati sərhəddə Yasmin və Brnyak sərhəd-keçid məntəqələrini öz nəzarəti altına almağa cəhd edərkən BMT Təhlükəsizlik Şurasının təcili iclasın çağırmasını tələb edib. Lakin BMT-nin TŞ-nın üç daimi üzvü bu tələbə qarşı çıxıb. Kosovo xüsusi təyinatlarının keçirdiyi əməliyyat və yerli serblərin etirazları nəticəsində onlarla insan yaralanıb. Bir xüsusi təyinatlı dəstənin əməkdaşı aldığı yaralardan həlak olub.
BMT-nin Təhlükəsizlik Şurasında keçirilən məsləhətləşmələrin nəticələri açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR