Bank Of Baku

ABŞ-da 11 sentyabr komissiyası yekun hesabatını açıqlayıb

ABŞ-da 11 sentyabr komissiyası yekun hesabatını açıqlayıb
# 02 sentyabr 2011 03:12 (UTC +04:00)
Bakı-APA. 2001-ci il sentyabrın 11-i hücumlarının ildönümü ərəfəsində açıqlanmış hesabatda bildirilir ki, ölkədə təhlükəsizlik durumu hələ də lazımi səviyyədə deyil.

“Terror hadisələrindən on il sonra xilasedicilər hələ də fəlakət zonasında bir-biri ilə rabitə qura bilmir. Biz hələ də fəlakət zonalarında təşkilat işlərini sahmana salmamışıq. Problemlər çoxdur,” 11 sentyabr komissiyasının sabiq həmsədri Tom Kean deyib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Tom Kean bildirib ki, bəzi məsələlərdə çatışmazlıqlar çox böyükdür.
Spesifik olaraq aeroportlarda təhlüksəziliyin yaxşı təmin edilmədiyi vurğulanır. Hesabat partlayıcı maddələrin aşkar edilməsi üçün daha yaxşı detektor sistemlərinin quraşdırılmasını tövsiyə edilir. Sənəddə habelə bildirilir ki, fəlakətə ilə mübarizə aparan müxtəlif növ strukturların arasında rabitə gücləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR