Bank Of Baku

Meksikada iki reportyor qətlə yetirilib

Meksikada iki reportyor qətlə yetirilib
# 02 sentyabr 2011 04:42 (UTC +04:00)
Bakı-APA. Meksika hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə tədbirlər görülməsi barədə verdiyi vədə baxmayaraq iki jurnalist mütəşəkkil cinayətkarlığın qurbanı olub.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Meksika paytaxtında parkların birində “Televisa” telekanalının reportyorunun və "Kontralinea" jurnalının əməkdaşının meyiti aşkarlanıb.
Polis qətllərin ehtimal olunan səbəblərini açıqlamayıb.
Son 11 il ərzində Meksikada 74 jurnalist qətlə yetirilib. Onların əksəriyyəti ölkədə kriminal durumu işıqlandıran jurnalistlər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR