Bank Of Baku

ABŞ-da baş verən İrene qasırğası Azərbaycan-Amerika Cəmiyyətinin binasına ciddi ziyan vurub - FOTOSESSİYA

ABŞ-da baş verən İrene qasırğası Azərbaycan-Amerika Cəmiyyətinin binasına ciddi ziyan vurub - <font color=red>FOTOSESSİYA</font>
# 03 sentyabr 2011 09:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə məlumat ABŞ-ın ən böyük Türk-Amerikan portalında yerləşdirilib.

AAC-ın rəhbəri Tomris Azəri bildirib ki, yolları su basdığından bir neçə gün ofisə baş çəkmək imkanından məhrum olublar: “Ofisə daxil olduğumuz zaman isə gördüyümüz mənzərədən dəhşətə gəldik və göz yaşlarımızı saxlaya bilmədik. Cəmiyyətimizə böyük maddi ziyan dəyib, ofis istifadəyə yararsız hala düşüb”.

T.Azəri binanı əvvəlki halına gətirmək üçün əllərindən gələni edəcəklərini söyləyib: “Divardakı Azərbaycan bayrağı dövlətimizi kimsənin tanımadığı zamanlarda da orda idi, bundan sonra da orda qalacaq”.

Qeyd edək ki, AAC-a məxsus bina ABŞ-a ilk gələn azərbaycanlıların şəxsi vəsaiti hesabına alınıb. Bu baxımdan bina bir çox amerikalı azərbaycanlılar üçün eyni zamanda simvolik xarakter daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR