Bank Of Baku

Əl-Qaidə liderlərindən birinin həbs olunmasını ABŞ alqışlayıb

Əl-Qaidə liderlərindən birinin həbs olunmasını ABŞ alqışlayıb
# 06 sentyabr 2011 03:36 (UTC +04:00)
Bakı-APA. Vaşinqton "Əl-Qaidə"-nın rəhbərlərindən biri Yunis Mauritanın Pakistanda həbs olunmasını alqışlayıb. APA-nın verdiyi xəbərə görə, Pakistan təhlükəsizlik qüvvələrinin məlumatında, Yunis Maurita şəxsən Usama Ben Ladəndən partlayıcı ilə dolu gəmilərdən istifadə edərək Qərb dövlətlərinə qarşı hücumların təşkil edilməsi tapşırığı aldığı bildirilir. Mümkün hədəflər arasında iqtisadi mərkəzlər, neft kəmərləri, su bəndləri və beynəlxalq sularda gəmilər də göstərilir.
Maurita ilə birlikdə "Əl-Qaidə"-nin iki digər üzvü də həbs edilib. Onların saxlanılması istiqamətində əməliyyatda ABŞ-ın xüsusi xidmət əməkdaşları da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR