Bank Of Baku

ABŞ: Nigerə gedən hərbiçilərin arasında Qəddafi yoxdur

ABŞ: Nigerə gedən hərbiçilərin arasında Qəddafi yoxdur
# 06 sentyabr 2011 22:42 (UTC +04:00)
Bakı-APA. ABŞ hesab edir ki, Liviyadan Nigerin Agadez şəhərinə maşın karvanı ilə gedin hərbiçilərin arasında Müəmmər Qəddafi yoxdur. APA-nın verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Victoria Nuland deyib. Lakin o bildirib ki, hərbiçilər arasında Qəddafi hökumətinin üzvləri var. “Biz Niger hakimiyyətini bu adamları saxlamağa çağırırıq”, Nuland deyib.
Xatırladaq ki, Liviyadan Nigerin Agadez şəhərinə 200-250 zirehli texnikadan ibarət maşın karvanı gedib. Bəzi mənbələr bildirmişdi ki, maşın karvanının tərkibində Qəddafi və onun oğlu Seif əl-İslam da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR