Bank Of Baku

NATO məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb

NATO məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb
# 08 sentyabr 2011 01:50 (UTC +04:00)
Bakı-APA. NATO-nun başçılıq etdiyi koalisiyası BMT-nin hesabatında işgəncəyə dair iddialarla əlaqədar məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, koalisiya rəsmiləri bu yaxınlarda açıqlanacaq BMT hesabatındakı məlumatlar təsdiq edilənə kimi ehtiyat tədbirləri gördüklərini bildiriblər. Rəsmilər diqqəti işgəncə hallarının qeydə alındığı 8 həbsxanaya yönəldib.
NATO üç il ərzində təhlükəsizliyin təmin olunması missiyasını Əfqanıstan ordusu və polisə təhvil verəcək. Alyans bu prosesin birinci mərhələsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR