Bank Of Baku

Meksika körfəzində baş verən qasırğada 10 neftçi itkin düşüb

Meksika körfəzində baş verən qasırğada 10 neftçi itkin düşüb
# 10 sentyabr 2011 08:20 (UTC +04:00)
Bakı-APA. “Neyt” qasırğası zamanı Meksika körfəzində 10 neftçi itkin düşüb. APA-nın məlumatına görə, itkin düşənlərin dördü ABŞ, dördü Meksika, biri Qazaxıstan vətəndaşıdır. Onuncu neftçinin hansı ölkənin vətəndaşı olduğu məlum deyil. İtkin düşən neftçilər “Triniti II” gəmisində işləyiblər. İki gün əvvəl hava şəraitinin pisləşməsi ilə əlaqədar heyət gəmini tərk etmək məcburiyyətində qalıb. Neftçilərin gəmidən evakuasiyası prosesini ərazidə olan digər gəminin kapitanı müşahidə edib, lakin çətin hava şəraiti səbəbilə xilasedici qayığa yaxınlaşmaq mümkün olmayıb. İtkin düşənlər arasında Trinity Liftboat Services şirkətinin prezidentinin oğlu da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR