Bank Of Baku

11 sentyabr hadisələrindən 10 il ötür

11 sentyabr hadisələrindən 10 il ötür
# 10 sentyabr 2011 21:01 (UTC +04:00)
APA-nın məlumatına görə, 10 il əvvəl “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsi ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aksiyaları həyata keçirib.

Yerli vaxtla saat 08:46-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03-də isə Cənub qülləsi hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da kamikadze-terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfi Ağ Ev olub.

Terror aksiyaları nəticəsində 3 minə yaxın insan həlak olub, 6 mindən çoxu yaralanıb.
Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizə məqsədilə əvvəlcə Əfqanıstanda, daha sonra isə İraqda hərbi əməliyyatlara başlamasına əsas yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR