Bank Of Baku

Obama ABŞ iqtisadiyyatının sabitləşdiyini bəyan edib

Obama ABŞ iqtisadiyyatının sabitləşdiyini bəyan edib
# 12 sentyabr 2011 18:47 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti ölkə iqtisadiyyatını sabitləşdirməyə nail olub. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində bildirib.

«Biz iqtisadiyyatı sabitləşdirə bilmişik və bu böyük nailiyyətdir. Lakin bu hamısı deyil. İndi ən vacibi amerikalılara iş yerlərini qaytarmaqdır», deyə Obama bildirib.

Bununla bağlı prezident qeyd edib ki, onun hazırladığı «ABŞ-da iş yerlərinin yaradılması haqqında» qanun layihəsi ölkənin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması planının əsas elementidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR