Bank Of Baku

Anonymous haker qrupu Meksikanın hökumət saytlarına girişi bağlayıb

Anonymous haker qrupu Meksikanın hökumət saytlarına girişi bağlayıb
# 16 sentyabr 2011 03:55 (UTC +04:00)
Bakı-APA. Özünü Anonymous adlandıran haker qrupu Meksikanın hökumət saytlarına girişi bağlayıb.

Onların fəaliyyəti nəticəsində Meksikanın müdafiə və ictimai təhlükəsizlik nazirliklərinin saytlarına girmək mümkün deyil. Hakerlər prezident Felipe Kalderonun saytına da girişi bağlayacaqlarını bəyan ediblər.

Anonymous nümayəndələri öz addımlarının «OpIndependencia» əməliyyatının tərkib hissəsi olduğunu bildirsələr də,bu əməliyyatın hansı məqsədlə həyata keçirildiyini izah etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR