Bank Of Baku

Amerika Əl-Qaidəni hədəf almaqda davam edəcək

Amerika Əl-Qaidəni hədəf almaqda davam edəcək
# 18 sentyabr 2011 01:19 (UTC +04:00)
Bakı-APA. Ağ Evin terrorizmlə mübarizə və daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Brennan Amerikanın istəyi və imkanı olmayan ölkələrdə Əl-Qaidəni hədəf almaqda davam edəcəyini deyib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Harvard universitetindəki çıxışı zamanı müşavir bildirib ki, ABŞ Əfqanıstanda olduğu kimi Əl-Qaidəyə qarşı mübarizəni hərbi gücdən istifadə etməkdə görmür. O əlavə edib ki, Amerika istədiyi vaxt və istədiyi yerdə gücdən istifadə edə bilməz. Ağ Evin terrorizmlə mübarizə və daxili təhlükəsizlik məsələləri üzrə müşaviri vurğulayıb ki, ABŞ beynəlxalq qanuni prinsiplər, ölkələrin suverenliyi və müharibə qanunlarına ehtiram göstərməklə xarici ərazilərdə gücdən istifadə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR