Bank Of Baku

BMT Fələstinin dövlət kimi tanınması səyləri davam etdirəcək

BMT Fələstinin dövlət kimi tanınması səyləri davam etdirəcək
# 18 sentyabr 2011 02:25 (UTC +04:00)
Bakı-APA. Yaxın Şərq kvarteti kimi tanınan qrup sentyabrın 18-də Nyu-Yorkda görüşüb, gələn həftə BMT tərəfindən Fələstinin dövlət kimi tanınması səylərini davam etdirəcək.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ, Avropa İttifaqı, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə keçiriləcək yığıncaq İsrailin baş naziri Benyamin Netanyahunun fələstinlilərin planını “faydasız” adlandırmasından sonra keçirilir. Netanyahunun bəyanatı Fələstin prezidenti Mahmud Abbasın BMT-nin dövlətçilik məsələsini qaldıran Təhlükəsizlik Şurasının qərarını dəstəkləməsindən sonra səslənib. Abbas deyib ki, BMT-yə üzvlük fələstinlilərin qanuni haqqıdır. Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir. İsrail və Amerika fələstinlilərin dövlət yaradılmasına dair birtərəfli ddımlarının əleyhinə çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR