Bank Of Baku

Prezident Obama büdcə kəsirinin ixtisarı planını açıqlayıb

Prezident Obama büdcə kəsirinin ixtisarı planını açıqlayıb
# 19 sentyabr 2011 22:53 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama gələn 10 il ərzində Birləşmiş Ştatların borcunu daha 3 milyard dollar azaltmaq məqsədilə ilə varlılar üçün vergilərin yüksəldilməsi, bəzi sosial poqramların ixtisarı və hərbi xərclərin azaldılmasını nəzərdə tutan paket təklif edib.

Prezident Obama təklifləri Ağ Evdə çıxışı zamanı açıqlayıb. O, zənginlər üçün vergilər artırılmasa, yaşlılar üçün tibbi xidmətlərin ixtisarını nəzərdə tutan hər hansı bir təklifə veto qoyacağı ilə hədələyib. Prezident vergi gəlirlərinin 1,5 trilyon dollar artırılmasını təklif edir. Buraya gəliri 1 milyon dollardan yüksək olan şəxslərin orta gəlirli amerikalılar üçün yeni vergi dərəcəsinin müəyyən edilməsi haqda maddə daxildir.

ABŞ prezidenti habelə ildə 250 min dollardan yuxarı gəliri olan amerikalılar üçün də müəyyən vergi ixtisarlarına son qoymağa çağırır. Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Con Beyner deyib ki, prezidentin bir qrup amerikalıları o birilərinə qarşı qoyan planı həqiqi liderlikdən xəbər vermir.

Respublikaçılar vergi dərəcələrinin yüksəldilməsinin inverstisiyalar və iqtisadi inkişafa pis təsir göstərdiyini deyir. Respublikaçıçar büdcə kəsirinin ixtisarını təqaüdlər, habelə yaşlılar və yoxsullar üçün səhiyyə xidmətləri proqramları daxil olmaqla, bütünlüklə xərclərin azaldılması hesabına edilməsini istəyir.

Obama həmçinin deyib ki, Amerika əsgərlərinin İraq və Əfqanıstandan çıxarılması ilə daha 1 trilyon dollar maliyyə ixtisar ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR