Bank Of Baku

Klinton Türkiyəylə İsraili barışmağa çağırıb

Klinton Türkiyəylə İsraili barışmağa çağırıb
# 20 sentyabr 2011 03:54 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton türk hökumətini İsraillə münasibətlərdə gərginliyə son qoymağa və əvvəlki əlaqələri bərpa etməyə çağırıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi görüşdə Klinton sözügedən bölgədə vəziyyətin onsuz da gərgin olduğunu vurğulayıb.

Türkiyə və İsrail arasındakı münasibətlər keçən il Qəzzaya humanitar yardım daşıyan «Azadlıq donanması»na İsrail xüsusi təyinatlılarının hücumu və nəticədə 9 türkün həlak olmasından sonra pisləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR